Bakıda güclü yanğın oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda güclü yanğın oldu

Bakıda güclü yanğın oldu

Müəllif: Anar
//
16 dekabr 2012
//
//

Bakıda güclü yanğın oldu


Bakının Böyük Şor qəsəbəsində, Ziya Bünyadov prospektində yerləşən Dərnəgül Açıq Səhmdar Cəmiyyətinə məxsus anbarda güclü yanğın baş verib.

Səhər tezdən başlayan yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-dən çox yanğınsöndürən maşını cəlb edilib.

Yanğının güclü olmasına səbəb isə anbarda tez alışan avtomobil hissələri və yağların olması göstərilir.

“Sahəsi təxminən 500 kv.metr olan anbarın içərisində avtomobil ehtiyat hissələri, əsasən xırda tutumlu yağ çəlləkləri və digər filtrlər təxminən 250 kv.metr sahədə yanıb. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. hazırda yanğınsöndürən qüvvələri tərəfindən yanğının qarşısı alınıb. Xırda lokal mənbələrdə yanğının söndürülməsi davam edir”, - deyə FHN-in qərargah rəisi Ələkbər Novruzov bildirib.
Xəbər Lenti Giriş Populyar Reklam