Prezident Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib. » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Prezident Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Müəllif: Anar
//
16 Aralık 2012
//
//

OXUNUB:333
Prezident Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Füzulidə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Füzuli Su Elektrik Stansiyasının açılışında iştirak edib. APA-nın məlumatına görə, stansiya barədə dövlət başçısına məlumat verən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, elektrik stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunub. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdiriləcək və sistemlə paralel rejimdə işləyəcək.

Stansiyanın təməlini 2008-ci il aprelin 18-də Füzuliyə səfəri çərçivəsində dövlət başçısı qoyub. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilib.

Elektrik stansiyasının suqəbuledici qurğusu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılıb. Stansiyanın ərazisində həmçinin 110 kilovoltluq yeni yarımstansiya tikilib və onunla əlaqəli digər yarımstansiyalar yenidən qurulub. İlkin mərhələdə 35 nəfərin işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaq. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunacaq.

Stansiyada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Füzuli soyuducu anbar kompleksinin açılışında da iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, kompleks Füzuli rayonunun Əhmədbəyli kəndində ən müasir standartlara cavab verən səviyyədə qurulub.

Ümumi dəyəri 4,5 milyon manat olan kompleksin yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit verilib. İki hektar ərazidə inşa olunmuş anbar kompleksinin ümumi tutumu 5 min tondur. Kompleksdə Almaniya, İtaliya və Finlandiyadan alınan, havalandırma, nəmləndirmə sistemləri və kompressorlar qurulub, çeşidləmə-qablaşdırma sexi yaradılıb və müasir avadanlıqla təchiz edilib. Soyuducu anbar kompleksində əsasən Füzuli və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən tərəvəz məhsullarının - kartof və soğanın saxlanılması nəzərdə tutulur.

Azərbaycan prezidenti İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verilib. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 627 sahibkarlıq subyektinə 16,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1600-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.

Prezident İlham Əliyevə yeni işə salınan “Qarabağ Broyler” fabriki barədə də məlumat verilib. Bildirilib ki, fabrik 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi ərazidə - Füzuli rayonunun Qarabağ kəndində yerləşən və yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında yaradılıb. Bu layihənin də həyata keçirilməsində dövlətin güzəştli kreditlərindən istifadə olunub. Fabrikin ümumi dəyəri 7,2 milyon manatdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 5 milyon manat güzəştli kredit verilib. Ümumi ərazisi 25 hektar olan fabrikdə 14 quş fermasında yenidənqurma işləri aparılıb, kəsim sexi, tutumu 150 ton olan soyuducu və şoklama kameraları inşa edilib. Fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsullar bazara “Qarabağ Broyler” brendi ilə çıxarılacaq. Fabrikdə Füzuli və ətraf rayonlardan 120 nəfər məcburi köçkün yeni iş yeri ilə təmin olunub.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam