Prezident Füzulidə bir sıra obyektlərin açılışını etdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Füzulidə bir sıra obyektlərin açılışını etdi

Prezident Füzulidə bir sıra obyektlərin açılışını etdi

Müəllif: Anar
//
16 dekabr 2012
//
//

Prezident Füzulidə bir sıra obyektlərin açılışını etdi

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident mərkəzlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlət başçısı Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildi
Füzuli rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak edib.
Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanıb. İkimərtəbəli binanın ümumi sahəsi 3 170 kv. metrdir. Məktəbin 1,5 hektar həyətyanı sahəsi var. Yeni məktəb müəllimlərə elmlərin sirlərini şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı verəcək.
Azərbaycan prezidenti Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, məktəbdə uşaq və yeniyetmələrin şahmatın sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait var.
Xəbər Lenti Giriş Populyar Reklam