Müəllimlər “Newcastle” Universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Müəllimlər “Newcastle” Universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək

Müəllimlər “Newcastle” Universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək

Müəllif: cavidan
//
14 fevral 2019
//
//

Müəllimlər “Newcastle” Universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək
Bir neçə universitet müəllimi Böyük Britaniya universitetində sahibkarlığın tədrisi ilə bağlı təcrübə keçəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, mərkəz “Newcastle” Universiteti ilə birgə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması, inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.

“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimin ilk günü İİTKM-in strateji planlaşdırma departamentin rəhbəri Ramil Hüseyn və layihələr departamentinin rəhbəri Rəşad Hüseynov iştirakçılara ümumi məlumatlar təqdim ediblər. “Newcastle” Universitetinin Biznes Məktəbinin təlimçisi Andrea Laneə 3 gün ərzində iştirakçılara innovativ təlim üsulları və alətləri barədə təlim keçirib.

Təlimlər layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri üçün təşkil olunub. Layihənin ilkin mərhələsində 6 nəfərin bu ilin may ayında “Newcastle” Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfər də təşkil olunacaq. Bunlarla yanaşı, layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn ingilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından start veriləcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam