Əli Əhmədov sosial şəbəkələrdən şikayətləndi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əli Əhmədov sosial şəbəkələrdən şikayətləndi

Əli Əhmədov sosial şəbəkələrdən şikayətləndi

Müəllif: cavidan
//
13 fevral 2019
//
//

Əli Əhmədov sosial şəbəkələrdən şikayətləndi

"İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Mənfi tərəflərdən biri də odur ki, bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar".
"Xeberleragentliyi.com " Azvision.az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib.
Ə.Əhmədovun sözlərinə görə, sosial şəbəkələrdə insanların özünü qanuni yolla müdafiə etmək imkanları yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünü müdafiə mexanizmi yoxdur. Bu, bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Problem cəmiyyətdə gərginlik yaradır, xoşagəlməyən halın yaranmasına səbəb olur. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hallar eybəcər formada edilir”.

Baş nazirin müavini qeyd edib ki, ayrı-ayrı ölkələrdə problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan buna cəhdlər edilir: “Azərbaycanda da bunun qarşısını almaq üçün hüquqi normalar mövcuddur, ancaq bunun tətbiq edilmə mexanizmi mövcud deyil. Bütün bunların qarşısını almaq üçün müzakirələr aparmaq, yollar axtarmaq lazımdır ki, bu eybəcərliklərin qaşısı alınsın. Hətta bəzi ölkələr problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, belə eybəcərliklərin qarşısı alınsın”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam