“Mahnı onundur ki qadağa qoysun?” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Mahnı onundur ki qadağa qoysun?”

“Mahnı onundur ki qadağa qoysun?”

Müəllif: Anar
//
16 dekabr 2012
//
//

“Mahnı onundur ki qadağa qoysun?”

Hər zaman qalmaqallı açıqlamaları ilə od püskürən Əli Mirəliyev bu dəfə xalq artisti İlhamə Quliyevanı hədəfə alıb. xeberleragentliyi.com-a açıqlama verən Əli Mirəliyev İlhamə Quliyevanın müğənnilərə onun mahnılarını oxumağa qadağa qoymasına belə münasibət bildirib: “İlhamə mənim qohumumdur. Amma heç kimin səlahiyyəti çatmır ki, kiminsə mahnı oxumasına qadağa qoysun. Mahnı onundur ki qadağada qoysun? Mahnını bəstəkar yazıb. Zeynəb Xanlarovadan tutmuş, digər müğənnilərə qədər heç kimin ixtiyarı yoxdur ki, nə vaxtsa ifa etdiyi mahnını digər müğənnin oxumasını yasaq etsin”.

Qeyd edək ki, bir müddət öncə xalq artisti İlhamə Quliyeva onun mahnılarını oxuyan müğənniləri hədələyərək demişdi ki, “əgər kim mənim mahnımı oxusa və hansı telekanal bu müğənniyə efir versə, hər iki tərəf məhkəməyə verəcəm”.
İlhamə xanım onlardan bir milyon manat təzminat tələb edəcəyini də bildirmişdi.
Xəbər Lenti Giriş Populyar Reklam