"Hər şeyin geri dönəcəyinə ümid etməyin" - Paşinyandan ermənilərə sərt xəbərdarlıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Hər şeyin geri dönəcəyinə ümid etməyin" - Paşinyandan ermənilərə sərt xəbərdarlıq

"Hər şeyin geri dönəcəyinə ümid etməyin" - Paşinyandan ermənilərə sərt xəbərdarlıq

Müəllif: cavidan
//
12 fevral 2019
//
//

"Hər şeyin geri dönəcəyinə ümid etməyin" - Paşinyandan ermənilərə sərt xəbərdarlıq
"Dövlət işinə biznes kimi baxmaq olmaz".

Xeberleragentliyi.com Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika icmalarının nümayəndələrinin iştirakı ilə baş tutan forum zamanı bildirib.

Paşinyan öz jurnalist və deputat təcrübəsinə istinad edərək bildirib ki, istənilən icmada ən çox nəzərə çarpan obyekt yerli administrasiyasının rəhbərinə məxsus olur.

Baş nazir xatırladıb ki, bu obyektlərin sahibləri tutduğu vəzifələrdən sui-istifadə edərək illər ərzində vergidən yayınırlar: "Yeni Ermənistanda bu yolverilməzdir. Bütün bunların geri qayıda biləcəyinə inanmayın".

O, vurğulayıb ki, əvvəlki normalara qayıtmaq mümkün olmayacaq və yerli məmurları irəliyə doğru hərəkət etməyə çağırıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam