Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi

Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi

Müəllif: cavidan
//
12 fevral 2019
//
//

Deputat Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif etdi

Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, o, çıxışında qeyd edib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir:

“Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır. Bunun qarşısını Reklam Agentliyi almırsa, deməli, burada korrupsiya faktı var. Demək ki, onlardan rüşvət alınır. Köşklərin ön şüşələri siqaretlə örtülübsə, bundan böyük reklam ola bilərmi? Bu köşklər də məktəblərin yaxınlığında yerləşir. Ümumiyyətlə, reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir və Reklam Agentliyi ləğv edilməlidir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam