"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel

"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel

Müəllif: cavidan
//
12 fevral 2019
//
//

"Poqbadan topu almaq mümkünsüz kimidir" - Tomas Tuhel

"Mançester Yunayted"in əsas futbolçusu Pol Poqbadır. Ondan topu almaq mümkünsüz kimidir. Təkbətək mübarizədə çox güclüdür. Hər an fərq yarada bilir. Hazırda komandada lider kimi oynamağa başlayıb. Martialla bir-birlərini çox yaxşı başa düşürlər. Bir sözlə, çox təhlükəli futbolçudur".

Xeberleragentliyi.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, komandanı aparıcı futbolçuları Edinson Kavani və Neymarın oynamamağına da münasibət bildirib: "Mbappe hər iki oyunçunun yerini doldura bilməz. Neymar səviyyəsində oyunçular oynamadığı zaman onun yerini doldurmaq mümkünsüzdür. Neymarın yeri görsənəcək".

Qeyd edək ki, Kavani və Neymar zədə səbəbindən "MY"a qarşı bu gecə oynamayacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam