Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

Müəllif: Gulnare
//
01 fevral 2019
//
//

Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

10:41

"Azərsu" ASC Bakının Xətai rayonunun Babək prospektində "Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb.

"Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - "Mersedes" markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal "Azərsu"nun əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir, - deyə məlumatda qeyd olunub.

-----------

09:44

Babək prospektində yenidən asfalt örtüyü çöküb.

Hadisə bu gün axşam saatlarında baş verib.

Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

***

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bunları deyib:

"Xahiş edirəm insanlar arasında çaşqınlıq yaratmayın. BABƏK PROSPEKTİNDƏ YOL ÇÖKMƏYİB. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır. Xahiş edirəm nəzərə alasınız".

Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam