VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

Müəllif: Gulnare
//
01 fevral 2019
//
//

VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Bölgələr üzrə növbəti seçim turu Gəncə şəhərində olub. Dinləmələr zamanı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər və Xocalıdan olan 30-a yaxın ifaçı iştirak edib. Onlar xalqımıza xas olan muğamı özlərinə məxsus şəkildə təqdim ediblər.

Həyəcan, təşviş və ən çox da ustad sənətkarlar qarşısında ifa etmək məsuliyyəti iştirakçılarda narahatlıq hissi oyatsa da, belə bir müsabiqədə iştirak etməkdən qürur hissi keçirdiklərini gizlətməyiblər.

Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam