Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

Müəllif: Gulnare
//
31 yanvar 2019
//
//

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul fevralın 8-də, saat 11:00-da Tovuzda yerləşən Heydər Əliyev Mərkəzində (Məşədi Əzizbəyov küçəsi, 1) keçiriləcək.

Nazir Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların şikayətlərini dinləyəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam