Bakı teatrlarının həftəsonu afişası zəngindir... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı teatrlarının həftəsonu afişası zəngindir...

Bakı teatrlarının həftəsonu afişası zəngindir...

Müəllif: Gulnare
//
31 yanvar 2019
//
//

Bakı teatrlarının həftəsonu afişası zəngindir...

Hər zamankı kimi, bu dəfə də Azərbaycan teatrlarının həftəsonu repertuarı zəngindir.

AZƏRTAC teatrların həftəsonu repertuarlarını sənətsevərlərin diqqətinə çatdırır. Belə ki, həftəsonu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çağdaş və klassik əsərlər əsasında hazırlanan səhnə əsərləri təqdim olunacaq. Sənət ocağının səhnəsində fevralın 1-də “Cəhənnəm sakinləri”, 2-də “Bir, iki, bizimki”, “Zorən Şorgöz” tamaşaları izləniləcək. Fevralın 3-də isə “Almaz” nümayiş ediləcək.

Bir opera, bir balet...

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında həftəsonu bir opera və bir balet teatrsevərlərin ixtiyarına veriləcək. Belə ki, teatrsevərlər fevralın 2-də Cüzeppe verdinin “Traviata” operasını, fevralın 3-də isə Qara Qarayev və Fərəc Qarayevin bəstələri əsasında hazırlanan “Qoyya” birpərdəli baletini izləyəcəklər. Xronometrajı üç saat olan “Traviata”nın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Opera Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə ediləcək.

Quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalın bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyev olan “Qoyya”da əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa edəcəklər. Xronometrajı 40 dəqiqə olan operanı Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

“Müəmmalı bir qətlin üç versiyası” “Metamorfoza” ilə...

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi həftəsonu tamaşaçılar üçün iki səhnə əsəri hazırlayıb.

Fevralın 2-də “Metamorfoza”, 3-də isə “Müəmmalı bir qətlin üç versiyası” tamaşaları nümayiş ediləcək. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış “Metamorfoza”ya rejissor Günay Səttarın quruluşunda baxılacaq. Səhnə əsərində rəsmlərin quruluşu Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova aiddir. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa edəcək. R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanan “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcək. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib. Hər iki səhnə əsəri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş ediləcək.

Pantomimasevərlər də dəvətlidir...

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.

Tamaşaçılar fevralın 2-də “Underqraund”, fevralın 3-də uşaqlar üçün nəzərdə tutulan maarifləndirici tamaşa - “Fəlakət və insan”na baxa biləcəklər. Bundan başqa, fevralın 3-də “İt gəzdirən xanım” pantomimasevərlərin ixtiyarına veriləcək.

Musiqili Teatrın baxımlı tamaşaları sizi gözləyir

Azərbaycan Dövlət Musiqili Teatrı da tamaşaçıları üçün digər sənət ocaqları kimi maraqlı və baxımlı səhnə əsərləri hazırlayıb. Teatrsevərlər teatrın səhnəsində fevralın 1-də “Bir dəfə Bağdadda”(rus dilində) 2-də “Qızıl cücə”(rus dilində), “O olmasın, bu olsun”, 3-də isə “Qırmızı papaq” və “Mənim günahım”ı izləyə biləcəklər.

Gənc Tamaşaçılardan həftəsonu üçün dörd tamaşa...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi fevralın 2-də “Göyçək Fatma”, “Yarımçıq qalmış...”, fevralın 3-də isə “Çəkməli pişik”, “Leyli və Məcnun” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam