Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Müəllif: Gulnare
//
31 yanvar 2019
//
//

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

2019-cu il yanvar ayının 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam