Bu gündən kiçik çillə başlayır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu gündən kiçik çillə başlayır

Bu gündən kiçik çillə başlayır

Müəllif: Gulnare
//
31 yanvar 2019
//
//

Bu gündən kiçik çillə başlayır

Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə başa çatır və Kiçik çillə başlayır.

Xeberleragentliyi.com bildirir ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.

"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.

Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 30-u bitir. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir.

Ondan sonra Boz ay başlayacaq. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam