Sizin reklam burada
Sizin reklam burada

Rəqsanə İlhamələrin cavabını verdi

Rəqsanə İlhamələrin cavabını verdi

Başı qalmaqaldan açılmayan müğənni Rəqsanə yenidən problem yaşayıb. xeberleragentliyi.com-un məlumatına görə, müğənni bu dəfə şou-biznes məkanındakı iki tanınmış sima ilə, xalq artisti İlhamə Quliyeva və “Yeni Ulduz” müsabiqəsinin qaliblərindən olan İlhamə Qasımova ilə söz duelinə çıxıb.

Rəqsanəni mahnısını oxumaqla özünün təhqir olunduğunu söyləyən İlhamə Quliyeva müğənni haqqında olmazın sözlərini deməsini qeyd etmişdik. Rəqsanə əvvəlcə məsələyə münasibət bildirməkdən çəkinsə də, sonradan danışmaq qərarına gəlib. Müğənni Lent.az-a açıqlamasında sözügedən məsələyə münasibət bildirib: “Çoxları elə bildilər ki, mən qorxuram. Ancaq deyirəm ki, mənim Allahdan başqa heç kimdən qorxacağım yoxdur. Allahdan başqa heç kim mənə heç nə edə bilməz. İlhamə xanıma gəldikdə isə, mən onun mahnısını canlı efirdə oxuyacaqdım. Buna görə də əvvəl zəng edib söylədim ki, İlhamə xanım, canlı efirdə sizin mahnınızı oxumaq istəyirəm. Mümkündürsə, səs yazısını sizə göndərim, dinləyin və öz rəyinizi bildirin. O isə bildirdi ki, problem yoxdur. Çıx efirdə oxu, mən canlı yayımda baxıb rəyimi verərəm. Elə də oldu. Efirdən sonra zəngləşdik, danışdıq. O, çox müsbət qarşıladı. Ciddi irad bildirməsə də, söylədi ki, ifa etdiyi mahnılarının möhürünü özü vurub. Eləcə də öz tövsiyələrini verdi. Mənim onun şəxsiyyətinə və sənətinə hörmətim var. Ancaq bu gün belə açıqlama verməyinə çox heyfsiləndim”.

Rəqsanə daha sonra isə digər İlhamə Qasımovanın cavabını verib. O bildirib ki, İlhamə Qasımova “bozbaş” kəlməsini işlətməklə, tamaşaçılara hörmətsizlik edib: “Bozbaş ifadəsini İlhamə Qasımova işlədib. Belə söyləməklə də o, öz səviyyəsini göstərdi. Bozbaş bizim milli yeməyimizdir. İlhamə Qasımova milli mətbəximizin yeməyini belə səviyyəsiz tutmasın”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ