Fransa prezidenti “Google” şirkətindən vergi almaqda israrlıdır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Fransa prezidenti “Google” şirkətindən vergi almaqda israrlıdır

Fransa prezidenti “Google” şirkətindən vergi almaqda israrlıdır

Müəllif: 6574217
//
30 oktyabr 2012
//
//

Fransa prezidenti “Google” şirkətindən vergi almaqda israrlıdır

Fransa prezidenti Fransua Olland “Google”-un Direktorlar şurasının sədri Erik Şmidtlə görüş zamanı axtarış sisteminə vergi tətbiq edilməsi planını təsdiqləyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan əvvəl Fransanın hakimiyyət orqanları qəzet naşirlərinin dəstəyi ilə xəbərlərə olan istinadların axtarış nəticələrində göstərilməsinə görə vergi tətbiqi arzusunda olduğunu bəyan etmişdi.

“Google” şirkəti isə cavabında Fransanın KİV saytlarına olan istinadları axtarış nəticələrindən silməklə hədələmişdi. Bundan sonra Erik Şmidtin naşirlərlə danışıq aparmaq üçün Fransaya yola düşdüyü məlum olub.

Görüş zamanı Olland KİV ilə “Google” arasında danışıqların mümkün qədər tez başlayacağına ümid etdiyini ifadə edib. Əks halda isə Fransa axtarış sisteminə vergi tətbiq edilməsi haqqında qanunu qəbul edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam