Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik"

Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik"

Müəllif: Gulnare
//
25 Ocak 2019
//
//

Nazir: "Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik"

Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, mədəniyyət sahəsində müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir: "Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda, müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir".

Nazir bunu da qeyd edib ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün yeni təkliflər hazırlanacaq:

"Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam