Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ

Müəllif: Gulnare
//
24 Ocak 2019
//
//

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ
Bu həftə Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkənin keçmiş Fiskal xidmətinin rəhbəri, etnik azərbaycanlı Roman Nəsirovun 31 mart 2019-cu il seçkilərində prezidentliyə namizədliyini rəsmi olaraq qeydiyyata alıb. Nəsirov müstəqil namizəd kimi sənədlərini yanvarın 16-da MSK-ya təqdim etmişdi.

Oxu.Az xatırladır ki, 2017-ci ildə Roman Nəsirov korrupsiya ittihamı ilə saxlanılsa da, sonradan 100 milyon qriven (3,7 milyon dollar) girov müqabilində şərti azad edilib.

Roman Nəsirov başçılıq etdiyi xidmətdən kənarlaşdırılıb. Ancaq dekabrın 11-də (2018) Kiyev dairə məhkəməsinin qərarı ilə əvvəlki postuna qayıdıb.

Ukrayna prezidenti seçilməyə namizəd olan Roman Nəsirov Media.Az-ın suallarını cavablandırıb.
Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ

- Necə oldu ki, Ukrayna prezident seçkilərində namizəd olaraq iştirak etmək qərarına gəldiniz? Sizcə, prezident kreslosuna namizədlərin sayı həddən artıq deyil?

- Yox, hələlik bizdə namizədlər elə də çox deyil. MSK hələ 10 nəfəri qeydiyyata alıb. Hərçənd ki, namizədliyini irəli sürmək arzusunda olan və bunu bəyan etmiş insanların sayı daha çoxdur. Onların neçəsinin ərizə təqdim edəcəyi, neçəsinin qeydiyyata alınacağını zaman göstərəcək.

Ancaq ümumi götürdükdə, bu, Ukrayna üçün yaxşı bir haldır. Bu, real demokratiyanın təzahürüdür. Halbuki yaxşı anlayıram ki, bir çox post-sovet ölkələri üçün, hətta təkcə post-sovet yox, demokratiya səviyyəsi Ukraynadakı kimi olmayan ölkələr üçün namizədlərin çox sayda olması qəribə görünə bilər.

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ

Soruşdunuz – namizədliyimi niyə irəli sürürəm? Bu sualınıza prezident seçkiləri iştirakçılarına nəzər salan və istədiyi namizədi görməyən, real iqtisadi islahatları təklif edən namizədə səs vermək istəyən bir seçici kimi cavab verəcəm.

Mənim də Ukraynanın iqtisadi inkişafı ilə bağlı təkliflərim var və bunun üçün namizədliyimi irəli sürmüşəm. İnsanlara ölkənin inkişafı, iş yerlərinin olması, bizneslə məşğul olmaq imkanlarının olması vacibdir.

Yalnız inkişaf etmiş iqtisadiyyat ölkəni müstəqil edə bilər, insanların rifahını və təhlükəsizliyini təmin edə bilər.

- Azərbaycana yad adam deyilsiniz. Roman Nəsirov Ukrayna siyasətində olan azərbaycanlıdır. Bu dəstəyi hiss edirsiniz?

- Əlbəttə! Ukraynada kifayət qədər böyük Azərbaycan diasporu var və onların dəstək göstərəcəyinə ümid edirəm.

- Azərbaycan diasporu adından sizin xeyrinizə hər hansı bəyanat olub?

- Hələ ki, yox. Ukraynanın Azərbaycan icmasının nümayəndələri ilə sıx əlaqələrim var. Dəstək dedikdə, təkcə seçkiləri nəzərdə tutmuram. Uzun illərin əlaqəsi var və bu məsələdə hər hansı şüarlara və ya populizmə ehtiyac yoxdur.

Mən uzun illər Ukrayna və Azərbaycanın yaxınlaşması üzərində çalışmışam. Həm iqtisadi sferada, həm də başqa sferalarda. Azərbaycanın Ukraynaya nə ixrac edə bilər, Ukrayna Azərbaycana nə ixrac edə bilər - bütün bu məsələləri təhlil etmişik.

Ukraynada yaşayan və həyatını Ukrayna ilə bağlamış azərbaycanlılara dəstəyin göstərilməsi vacib məsələdir.

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ

- Qələbə şansı və ya ikinci tura adlama şansı nə dərəcədə yüksəkdir? İctimai rəy sorğularının nəticələrinə baxıram, ancaq ilk beşlikdə sizin adınızı görmürəm. Belə demək olar ki, siz prezident seçkilərinə payızda keçiriləcək parlament seçkiləri hədəfi ilə gedirsiniz?

- Ukraynada belə bir vəziyyət təşəkkül tapıb: mövcud reytinqlərə baxmayaraq, əksər siyasi texnoloqlar seçkilərin nəticəsini öncədən deməyin mümkünsüz olduğunu hesab edir.

Əhalinin 50 faizdən çoxu hələlik bir qərara gəlməyib. Bu, o deməkdir ki, real mənzərəni prezident seçkiləri günü görə biləcəyik. Əlbəttə ki, mən, mənimlə həmfikir olanlar və mənim komandam həm də parlament seçkilərinə hazırlaşırıq.

- Ukrayna hökumətində sizin kimi etnik azərbaycanlı var, etnik erməni olan Arsen Avakov var. Çoxlarını bu sual maraqlandırır: sizin aranızda hər hansı ədavət var?

- Baxın, Arsen Avakov ilk növbədə bakılıdır. Bakıda anadan olub. Bəlkə də, yaxşı oldu ki, mən Fiskal Xidmətin rəhbəri olanda, o isə daxili işlər naziri olanda, faktiki olaraq iki il birlikdə işlədik.

Bizim aramızda milli zəmində hər hansı ədavətin yaşandığını demək olmaz. Ona görə də bu haqda söhbətlər, azərbaycanlı və ya ermənilərdən yox, üçüncü qüvvələrdən qaynaqlanan təxribatlardır. Yəqin ki, münaqişəyə təhrik etmək məqsədilə edirlər. Ancaq belə bir şey olmayıb, yoxdur və ola da bilməz.

- Cinayət işi ilə bağlı nə deyə bilərsiniz? Məhkəmə yolu ilə günahsızlığınızı sübuta yetirdiniz, sizi əvvəlki vəzifəyə qaytardılar. Bundan sonra nə olacaq?

- Cinayət işi tam siyasi xarakterli idi. Hər hansı real cinayət əməli ilə əlaqəsi yoxdur. Ancaq uydurulmuş bir fabula var. Məni nədə ittiham edirlər? Mən şirkətlərə kifayət qədər qısamüddətli möhlətlər verməkdə ittiham olunuram. Bu onların qanunda nəzərdə tutulan hüququ idi və Fiskal Xidmət müəyyən meyarlara əməl olunması şərtilə buna icazə verməyə borcludur.

Ona görə bir daha qeyd edirəm, bu, məni vəzifədən kənarlaşdırmaq cəhdi idi. Ancaq hazırda bir məhkəmə bu işə nöqtə qoyub. İki il əvvəl başqa bir iş açılıb. Ona hazırda başqa bir məhkəmə baxır və yaxın zamanda qərar çıxarılacaq.

- Belə bir fikir var ki, cinayət işinin açıqlmasında amerikalıların əli var, belə ki, Ukrayna Milli Korrupsiya ilə Mübarizə Bürosu ABŞ-ın maliyyə dəstəyi ilə yaradılmış strukturdur.

- Bu işdə amerikalıların əlinin olduğunu birbaşa demək olmaz. Bunun arxasında konkret adamlar, siyasi qüvvələr dayana bilər, bütün ölkəni günahlandırmaq olmaz. Bu suala dəqiq cavabım olmasa da, bəziləri, həqiqətən, bu hadisələri Mixail Saakaşvili ilə əlaqələndirirlər. Belə ki, o, böyük ehtimalla, ABŞ-ın Ukraynadakı səfirliyinin dəstəyini almışdı. Ancaq onunla münaqişədə olan biz deyildik. O özü əməkdaşlıqla bağlı yersiz təkliflər irəli sürmüşdü, mən isə bu təklifləri rədd etmişdim. Ona görə bir sıra faktorlar var. Mən bunu bizim “kölgə biznesi”nə qarşı amansız mübarizəmizlə əlaqələndirirəm.

Ancaq bu məsələ üzrə araşdırma olacaq, artıq bir neçə cinayət işi açılıb. Söhbət hüquq-mühafizə orqanlarında xidmət edən vəzifəli şəxslərin qanunazidd hərəkətləri və qanunsuz təqiblərindən gedir.

- Təklif edirəm, “Azərbaycan vətəndaşlığı” ilə bağlı söhbəti bağlayaq. Sizin saxlanılmağınızdan sonra sizdə Azərbaycan pasportunun olduğu ilə bağlı çox şayiələr dolandı. Bu, belədir?

- Mən Ukrayna vətəndaşıyam. Ancaq mənim Azərbaycan, hətta Britaniya, İsrail və digər dövlətlərin vətəndaşı olduğumu iddia edənlər var idi (gülümsəyir).

Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə - MÜSAHİBƏ
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam