İcra başçısına hücum edən polis işdən qovulub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İcra başçısına hücum edən polis işdən qovulub

İcra başçısına hücum edən polis işdən qovulub

Müəllif: Anar
//
14 dekabr 2012
//
//

İcra başçısına hücum edən polis işdən qovulub

Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşı ilə icra başçısı arasında yaranmış münaqişəyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov xeberleragentliyi.com-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) və DİN-in Daxili Təhqiqatlar İdarəsinin birgə araşdırmaları nəticəsində məlum olub ki, dekabrın 9-da saat 15:00 radələrində Gəncə şəhər BPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Vüqar Sultanov xidmətdən kənar vaxtda olmasına baxmayaraq, özünə məxsus “KİA” markalı avtomobili sərxoş vəziyyətdə idarə edərək şəhər ərazisindəki “Xatirə” parkının girişində Nizami rayon İcra Hakimiyyəti işçiləri ilə heç bir tutarlı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq onlara qarşı kobudluq etməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verib.


Polis baş serjantı bununla da DİN-in hazırda qüvvədə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin bir sıra tələblərini kobud surətdə pozub. Göstərilənləri və onun üzərində əvvəllər də töhmət intizam tənbehi olmasını nəzərə alaraq Gəncə şəhər BPİ-nin rəisinin imzaladığı əmrlə V.Sultanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, V.Sultanov Gəncə şəhəri Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayevi təhqir etdiyinə görə cəzalandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam