Sizin reklam burada
Sizin reklam burada

Şou biznesimizin Elit Starı Rusiyadadır

Şou biznesimizin Elit Starı Rusiyadadır

Şou biznesimizin Elit Starı müğənni Cəmilə Rusiyadadır. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, ötən ayın ortalarından həmin ölkədə səfərdədir: "Uzun zamandır burada yaşayan həmvətənlərimiz məni buraya dəvət edirlilər. Quba televiziyasında aparıcısı olduğum "Elit Şou" verilişi üzündən dəvəti qəbul edə bilmirdim. Amma sonunda gəlməyə qərar verdim".
Bir neçə şəhərdə kiçik konsert proqramı ilə həmvətənlərimiz qarşısında çıxış edən Elit Star hazırda Sankt-Peterburqdadır. Müğənni tezliklə vətənə dönəcəyini deyib: "Hər kəsə uzaq Rusiyadan salamlarımı yetirirəm. Tezliklə qayıdıram. Burada çox qala bilmərəm, Vətən üçün çox darıxıram, həm də yeni layihələrim məni gözləyir."

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ