Ötən gün qeydə alınmış 126 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ötən gün qeydə alınmış 126 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb

Ötən gün qeydə alınmış 126 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb

Müəllif: Gulnare
//
19 Ocak 2019
//
//

Ötən gün qeydə alınmış 126 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 126 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam