“Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı

“Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı

Müəllif: Gulnare
//
19 Ocak 2019
//
//

“Neftçi”nin baş məşqçisi Rumıniya klubu üzərində qələbədən danışdı

“Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Rumıniyanın “Qaz Metan”la yoxlama oyunu (3:0) barədə fikirlərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, italiyalı mütəxəssis sınaq matçlarına yüksək əhval-ruhiyyə ilə başlamağın önəmli olduğunu bildirib:

“Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi. Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov isə klubun rəsmi saytına açıqlamasında gənc futbolçularla da bağlı danışıb:

“Yorğunluğun fonunda oynamaq çətindir. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc futbolçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb, bu yolu birlikdə keçməliyik”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam