İndi çox gənc xanımlarda zob və qalxanvari vəzin kistləri aşkarlanır. Kistlər nədir, qorxuludurmu, müalicə olunmalıdırmı? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İndi çox gənc xanımlarda zob və qalxanvari vəzin kistləri aşkarlanır. Kistlər nədir, qorxuludurmu, müalicə olunmalıdırmı?

İndi çox gənc xanımlarda zob və qalxanvari vəzin kistləri aşkarlanır. Kistlər nədir, qorxuludurmu, müalicə olunmalıdırmı?

Müəllif: Gulnare
//
19 yanvar 2019
//
//

İndi çox gənc xanımlarda zob və qalxanvari vəzin kistləri aşkarlanır. Kistlər nədir, qorxuludurmu, müalicə olunmalıdırmı?

İndi çox gənc xanımlarda zob və qalxanvari vəzin kistləri aşkarlanır. Kistlər nədir, qorxuludurmu, müalicə olunmalıdırmı?
Qalxanvari vəzin kistləri barədə suallarımıza Elmed tibb mərkəzinin endrokrinoloqu Mahmud Mahmudov cavab verdi.
“ Kistlərin yaranma səbəbləri çoxdur, fərqlidir. Müəyyən keçirilmiş xəstəliklərdən sonra, xüsusən iltihab, qrip, virus infeksiyalarından sonra vəzi zədələnir, onun toxumasında müəyyən boşluqlarda içi möhtəviyyatlı, mayeli torbacıqlar – kistlər əmələ gəlir. Ölçüsü çox kiçik, millimetrik olsa, qalxanvari vəzin funksiyasını poza bilməz. Bəzən öz-özünə sovrula və ya böyüyə bilər. Təhlükəli məqam odur ki, kistlər çoxalır, birləşib böyüyür, bərkiyir, qalxanvari vəzin funksiyasını pozur, hormonal disbalans yaradır. O zaman müalicə və cərrahi müdaxilə lazımdır. Bizi əsas vəzin fəaliyyətinin normal olması maraqlandırır. Kistlər yod çatışmazlığından qaynaqlanmır və yod preparatları ilə müalicə olunmur”.
Kist və düyünlər sonradan müalicə olunmazsa, bədxassəli şişə çevrilirmi?
“ Kistlərin şişə çevrilməsi demək olar mümkün deyil, olsa da çox az faizdir. Amma düyünlərin şişə çevrilməsi mümkündür və bu autoimnun prosesdir. Düyün özü xoşxassəli şişdir. Müəyyən təzyiqlərə məruz qaldıqda, orqanizmdə immun çatışmazlığı olduqda çox zaman şişə çevrilə bilir. Ona görə 30 mm-dən böyük olan düyünlər olduqda xəstəyə yubatmadan cərrahi əməliyyat məsləhət olunur. Sovet dövründə təkcə düyünlər götürülürdüsə, indi vəzin tamam götürülməsi icra olunur ki, problem birdəfəlik həll olunsun. Bu xəstənin həyatı üçün daha qorxusuzdur. Amma qalxanvari vəzin əməliyyatında cərrahlar bir incə məqama diqqət yetirməlidirlər: qalxanvari vəz çox incə orqandır. Onun arxasında 4-6 ədəd kiçik vəzlər -paratirevim vəziləri və ya qalxanvari ətraf vəzilər də var. Onlar da çox mühüm orqandır. Çox cərrahlar vəzini götürəndə onları da çıxarır. Bu da xəstəni sonradan daha ağır bir diaqnozla – hipoparatriozla üz-üzə qoyur. Yaxşı olar ki, əməliyyatda bu xırda vəzilər qorunsun”.

Elmed Tibb Merkezi
Binəqədi ray. Mircəlal küç 51
Əlaqə: 050-569-13-77;

055-834-96-75

012-4-31-44-77
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam