Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verdi

Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verdi

Müəllif: Gulnare
//
17 Ocak 2019
//
//

Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verdi

Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

Report xəbər verir ki, R.Nəsirəv artıq sənədlərini Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

R.Nəsirovun reytinqi ölkədə yüksək qiymətləndirilmir. Buna səbəb onun son tutduğu vəzifədən (Fiskal Xidmətin rəisi) korrupsiya əməllərinə görə kənarlaşdırılması, buna görə həbs olunmasıdır.

Xatırladaq ki, əslən Azərbaycanın Goranboy rayonundan olan R.Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb, seçkilər martın 31-də baş tutacaq. MSK artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam