Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır - 80 min hərbçi hazır vəziyyətdə » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır - 80 min hərbçi hazır vəziyyətdə

Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır - 80 min hərbçi hazır vəziyyətdə

Müəllif: Gulnare
//
17 Ocak 2019
//
//

Türkiyə ən genişmiqyaslı əməliyyatına hazırlaşır - 80 min hərbçi hazır vəziyyətdə

Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam