Sizin reklam burada
Sizin reklam burada

Dana Azərbaycan şou-biznesinə qatılır!

Dana Azərbaycan şou-biznesinə qatılır!

Dağıstanın tanınmış müğənnisi Dana Azərbaycandadır. xeberleragentliyi.com-un məlumatına görə, həm Rusiyada, həm də Dağıstanda populyar olan müğənni Azərbaycan şou biznesinə qatılmağı qarşısına məqsəd qoyub. Dana ilk dəfə Lider Telekanalında yaımlanan “Bir Könüldən min könülə” verilişində Azərbaycan tamaşaçılarına təqdim olunub.

Azərbaycan müğənnilərindən xəbərdar olan Dana müğənnilər Könül Kərimova və Nazənin ilə dostluq edir. Dağıstanlı müğənni bu dəfə Bakıya Nazənin qonağı olaraq gəlib. Nazənin Dağıstanlı həmkarını Bakının görməli yerləri ilə də tanış edib.

Dana Nazəninlə bir neçə duet mahnılar lentə aldırmaq niyyətində olduğunu deyib. O, Nazəninin repertuarında olan mahnılara müraciət edəcək.

Dana onu da qeyd edib ki, ciddi şəkildə Azərbaycan şou biznesinə qatılacaq. Eyni zamanda toy bazarında da özünə yer tutacağını əminliklə söyləyib.


Qeyd edək ki, Dananın Azərbaycandakı işlərini prodüser, teleaparıcı Lamiyə Ələkbərova həyata keçirəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ