Son üç ildə ölkədə neçə polis cəzalandırılıb.. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Son üç ildə ölkədə neçə polis cəzalandırılıb..

Son üç ildə ölkədə neçə polis cəzalandırılıb..

Müəllif: Anar
//
14 Aralık 2012
//
//

Son üç ildə ölkədə neçə polis cəzalandırılıb..

Son 2 il və cari ilin 9 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 491 fakt qeydə alınıb.

Bu barədə APA-ya Azərbaycanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Həmin faktlardan 173-nü kobud rəftar, 89-nu qanunsuz saxlama, 81-ni polisə əsassız gətirmə, 148-ni isə digər faktlar təşkil edib.

Bu cür neqativ hərəkətlərə görə 726 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 54-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 45 əməkdaş tutduğu vəzifədən azad olunub, 8 əməkdaş cinayət məsuliyyətinə cəlb olunub, 619 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

“DİN tərəfindən ölkədə insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi, pozulmuş hüquqların bərpası istiqamətində aparılan işlər məqsədyönlü şəkildə davam etdirilir”, - deyə məlumatda bildirilib.
Xəbər Lenti Giriş Populyar Reklam