İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş... » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

Müəllif: Gulnare
//
12 yanvar 2019
//
//

İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş...

Deputat Aqil Abbasın qudası dünyasını dəyişib.

Xeberleragentliyi.com xəbər verir ki, qafqazinfo həmin şəxsin kimliyini araşdırıb. Məlum olub ki, söhbət Siracəddin Həsənovdan gedir. S.Həsənov 1948- ci ildə anadan olub. O, uzun illər neft maşınqayırması sənayesində çalışıb.

Son illərə qədər Zabrat Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri olub. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Həsənov, eyni zamanda, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında ‎Siyasi Şuranın üzvü olub.

Xatırladaq ki, qafqazinfo Siracəddin Həsənovun intihar etməsi ilə bağlı məlumat əldə edib. Lakin Aqil Abbas bu informasiyanı təkzib edib.
Xəbər Lenti Giriş Populyar Reklam