Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

Müəllif: Gulnare
//
12 yanvar 2019
//
//

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

Şəkərli diabet xəstəliyi ilə bağlı qanunverciliyin dəyişdirilməsi və tam yenilənməsi nəzərdə tutulur.

Oxu.Az-a parlamentdən verilən məlumata görə, bununla bağlı qanun layihəsinin hazırlanaraq, parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası gedişində ən azı müvafiq komitə - Səıhiyyə komitəsi səviyyəsində müzakirəsi planlaşdırılır.

Bildirilib ki, bu məsələ hələ parlamentin sonuncu-2018-ci ilin payız sessiyasında gündəmə gətirilib və mövcud qanunun dövrün reallıqlarına cavab vermədiyi önə çəkilərək, onun Səhiyyə Nazirliyi ilə birlikdə üzərində yenidən işlənilməsi qərarlaşdırılıb.


Bu baxımdan, yaz sessiyasında şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərlə bağlı tam dəyişdirilmiş və yenilənmiş qanun layihəsinin komitə səviyyəsində ilkin variantda müzakirəsi və plenar iclasa tövsiyə nəzərdə tutulur.

Həmçinin, qanun layihəsinin hazırlanması istiqamətində daha bir addımın atılması - parlamentin Səhiyyə komitəsi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin birgə ictimai dinləmələrinin keçirilməsi gözlənilir.
Xəbər Lenti Giriş Populyar Reklam