Vitamin və mikroelement çatışmazlığı da əsəbləri pozur – Nevroloq sinir, insult müayinə və müalicəsi barədə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Vitamin və mikroelement çatışmazlığı da əsəbləri pozur – Nevroloq sinir, insult müayinə və müalicəsi barədə

Vitamin və mikroelement çatışmazlığı da əsəbləri pozur – Nevroloq sinir, insult müayinə və müalicəsi barədə

Müəllif: Gulnare
//
11 yanvar 2019
//
//

Vitamin və mikroelement çatışmazlığı da əsəbləri pozur – Nevroloq sinir, insult müayinə və müalicəsi barədə

Nevroloq həkim Rasim İbişov bir çox nevroloji problemlərin kökündə orqanizmdə vitamin, mineralların defisitinin dayandığını bildirir. Xüsusən maqniy, kalsium, D vitamini...
“Türkiyədə belədir: 40 yaşı keçmiş pasiyentlərdə dərhal qanda vitaminləri, əsas da D vitaminini yoxlayırlar. Biz də istərdik ki, xəstə tam müayinədən keçsin. Amma bütün bu analizlər müəyyən qədər vəsait tələb edir. Həkim də xəstəni buna məcbur edə bilmir. Xəstə gəlir əzələ tonusu yoxdur, çənə əsir. Hesab edir ki, əsəbdəndir. Amma onda maqnezium çatmır. Maqniy tərkibli dərmanlar hamilələrə də yazılır.
Vitamin D çatışmaması sümük-oynaqda ağrı verir. Biz o xəstəyə nə qədər dərman yazsaq da keçməyəcək. Vitamin D defisiti təyin edilməlidir. Vitamin D yazırıq, xəstənin vəziyyəti yaxşılaşır.
Gecələr əl ayaq qıcolması, halsızlıq də vitamin çatışmazlığından qaynaqlanır.
60 yaşlı qadın nevrapotoloqa gəlirsə, biz artıq onda osteoporozdan qaynaqlanan simptomlar görürük, deməli, vitamin D, kalsium, kalium çatışmır.
Müəyyən qədər biz subyektiv əlamətlərlə defisiti təyin edirik. Amma analizlər dəqiq verilsə daha yaxşı olar. İcbari sığorta olsa, həkimlər üçün də, xəstə üçün də yaxşı olar”.

Azərbaycanda insult riski də yüksəkdir, xüsusən şəkər xəstələri beyinə qansızmadan həyatlarını itirir. Deyirlər, xəstə diqqətli olsa, müayinələrdən keçsə, hətta 3-4 il əvvəldən insult olacağını təxmin etmək olar.
“Bunu bilmək üçün orqanizmin risk faktorlarını görmək kifayətdir. Məsələn, mənim kimi artıq çəkili həkim belə gələcəkdə ürək və beyin infarktı keçirməyə namizəddir. Ona görə mən 40 yaşına çatanda mütləq ildə bir –iki dəfə qanın laxtalanması, xolesterin, lipid analizləri verməli, ürək daim nəzarətdə olmalıdır. Əlini başının altına qoy, heç nədən xəbərin olmasın, tromb formalaşsın, hər hansı təkandan, stresdən,təzyiq yüksəlməsi kifayətdir ki, tromb qopsun və damarı tutub, ürəyi və beyni sıradan çıxarsın.
İnsultun 2 növü var: işemik və hemorragik. Biri damarın tıxanmasıdır, tromblaşmasıdır, digəri qanaxma, qansızmadır. Ən təhlükəlisi beyin qanamalarıdır ki, xəstənin çox hallarda ölümünə səbəb olur. Hemorragik insultun öncədən xəbərdarlığı təzyiqin oynaması, qanın duruluğu, anevrizma. Amma insult insanı harda, nə vaxt yaxalayacaq, onu heç kim bilmir. İnfarkt və insult çağırılmamış qonaqlardır.
İşemik və hemorragik insultları ilkin olaraq subyektiv əlamətlərə əsasən differensial diaqnostika aparırıq. Təzyiq, qan dövranı, müəyyən analizlərlə diaqnozdan şübhələnə bilərik.
Amma konkret olaraq qanamanı MRT müayinə göstərə bilir. Beyin qanadıqdan sonra müalicə demək olar ki, fərqlidir.
Adi aspirini götürək: hemorragik insultlarda aspirin olmaz. Normal damarı olan insanlar içə bilər. Ona görə aspirin bir preparat kimi təhlükəlidir. Elə xəstə var, qəti əks göstərişdir.
İnsult riski daşıyan insanlar: içki içən, siqaret çəkən, piylənmə gedən şəxslər, oturaq həyat tərzi keçirən, irsiyyətində insult olan insanlardır. Əgər bunlar varsa, insan maksimum diqqətli olmalıdır. 40 yaşından sonra həkim müayinəsindən vaxtaşırı keçməlidir. Amma nəsildə var deyə infarkt, insult olacam kimi fikirləşmək, daim o qorxu altında yaşamaq da olmaz”.

Müsahibəni aldı: Yusif Məmmədoğlu

Elmed Tibb Merkezi
Binəqədi ray. Mircəlal küç 51
Əlaqə: 050-569-13-77;

055-834-96-75

012-4-31-44-77
Xəbər Lenti Giriş Populyar Reklam