Hamiləliyi və doğumu olmayan gənc qadınlarda eroziyanın “ yandırılması” məsləhət deyil » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Hamiləliyi və doğumu olmayan gənc qadınlarda eroziyanın “ yandırılması” məsləhət deyil

Hamiləliyi və doğumu olmayan gənc qadınlarda eroziyanın “ yandırılması” məsləhət deyil

Müəllif: Gulnare
//
11 yanvar 2019
//
//

Hamiləliyi və doğumu olmayan gənc qadınlarda eroziyanın “ yandırılması” məsləhət deyil
Hamiləliyi və doğumu olmayan gənc qadınlarda eroziyanın “ yandırılması” məsləhət deyil – Eroziyanın səbəbləri, müalicəsi
Hazırda çox qadınlarda, hətta yenicə ailə qurmuş qızlarda belə belə eroziya aşkarlanır. Uşaqlıq yolunun bu xəstəliyi niyə belə cavanlaşıb və hansı hallarda yandırılmaqla müalicə olunmalıdır? Deyilənlərə görə, hamiləlik keçirməmiş qadınlara eroziyanı yandırmaq məsləhət deyil. Mövzu ilə bağlı Elmed tibb mərkəzinin ginekoloq həkimi Xədicə Teymurqızı sualları cavablandırdı.

“ Bu, çox aktual və praktiki əhəmiyyətli sualdır. Birincisi, qız uşaqlarında, hələ ailə qurmamış xanımlarda eroziyanı təəsüf ki, görə bilmirik. Bəlkə də var, amma müayinə imkanları yoxdur. Çünki bu müayinə uşaqlıq yoluna güzgü ilə baxılmaqladır. Bu qızlar ərə gedir, toydan 1 həftə sonra gəlir, baxırıq ki,eroziya var. Şərt o deyil ki, eroziya illərdir ailəli xanımlarda, cinsi əlaqədən yaranır. Xeyr. Eroziyanın müxtəlif səbəbləri var. Əsas səbəblərindən biri, uşaqlıq yoluna gələn, yığılan ifrazatın selikli qişanı zədələyib, divarda daha dərin yaralar, aşınmalar yaratmasıdır. Bu da iltihabi proseslərdə olur. Hamiləlikdən əvvəl ona görə elektrokoaqulyasiya – yəni yandırılma metodu məsləhət deyil ki, yandırma zamanı toxumada çapıq yaranır, çapıq uşaqlıq yolunu daraldır, hələ doğum etməmiş qadında bu yolun daralması həm hamiləliyə mane ola bilir, həm də doğuşda o çapıqlar ağrı verir. Ona görə doğum etməmiş qadınlarda yandırılma məsləhət deyil.

Müalicə üçün digər yollar var. Dərin eroziyalarda onu yaradan virusların təyini lazımdır. Erozoya varsa, mütləq PUP test də verilməlidir. PAP test – uşaqlıq yolu kanalından histololoji analizdir. Bu uşaqlıq yolu xərçəngini təyin edən metoddur. Bu müayinədən ginekoloji sağlam qadınlar da ildə 3 ildə bir dəfə keçməlidir. Amma eroziyası olan pasiyentdən həmin dəqiqə mütləq götürülməlidir.
Bir də eroziyası olanlarda HPV – insan papilomma virusu da yoxlanmalıdır. Bunlar çox vacibdir. Atipik hüceyrələri görmək üçün erkən müayinə metodudur. İnsan papilomma virusunun bədxassəli ştammları var. Bizim qadınlarımız gələcək həyatlarını sağlam qurmaq üçün bu tövsiyyələrə qulaq asıb, həkimin təyin etdiyi bu müayinələri vaxtında keçməlidirlər”.

Müsahibəni aldı: Yusif Məmmədoğlu

Elmed Tibb Merkezi
Binəqədi ray. Mircəlal küç 51
Əlaqə: 050-569-13-77;

055-834-96-75

012-4-31-44-77
Xəbər Lenti Giriş Populyar Reklam