Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq

Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq

Müəllif: Gulnare
//
11 yanvar 2019
//
//

Əməkdar artist Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq
Yanvarın 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində Jan de Briyen obrazını canlandıracaq. Baletin dünya premyerası 1898-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
Xəbər Lenti Giriş Populyar Reklam