“Bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir”

“Bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir”

Müəllif: Anar
//
12 Aralık 2012
//
//

“Bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi əhəmiyyət kəsb edir”

"Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr keçirildi və həmməruzəçilərin hazırladıqları hesabat komitə səviyyəsində qəbul edildi”.
Bu açıqlamanı APA-nın Parisə ezam olunmuş Avropa bürosunun əməkdaşına Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan tərəfinin təklif etdiyi bütün prinsipial əlavə və dəyişikliklər məruzəyə daxil edilib və qəbul olunub: “Təbii ki, bu məruzə yanvar ayında müzakirə olunacaq. Bu, yalnız komitə səviyyəsində təsdiq olunmadır. Amma hər bir halda deməliyəm ki, biz Monitorinq Komitəsinin iclasında konstruktiv yanaşmanın gördük və hesabata qeyri-obyektiv müdaxilələrin qarşısının alınmasının şahidi olduq. Azərbaycanın mövqeyini xeyli insanlar müdafiə etdi və bu da onu göstərir ki, Azərbaycana qarşı hansısa böhtan, yalan atsalar da, bu yalan-böhtanlar ayaq tutsa da, yerimir. Belə cəhdlər həmişə boşa çıxıb və əminəm ki, bundan sonra da belə olacaq. Təbii ki, hansısa insan haqları və digər məsələlərlə bağlı biz gələcəkdə də öz işlərimizi quracağıq. Ancaq bu gün Monitorinq Komitəsi bir daha göstərdi ki, Elxan Süleymanovun hazırladığı xüsusi əlavə və dəyişikliklər demək olar ki, yekdilliklə qəbul olundu. Bunların içində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlavələr xüsusi əhəmiyyət kəsb edir və bu əlavələr də qəbul olundu".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam