Putini zəhərləmək istədilər – Şok addım » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Putini zəhərləmək istədilər – Şok addım

Putini zəhərləmək istədilər – Şok addım

Müəllif: Gulnare
//
09 yanvar 2019
//
//

Putini zəhərləmək istədilər – Şok addım
ABŞ ordusunun 39 yaşlı veteranı Vilyam Klayd Allen Rusiya Prezidenti Vladimir Putinə zəhərli paket göndərib.

Xeberleragentliyi.com teleqraf.com-a istinadla xəbər verir ki, paketdə insan həyatı üçün çox təhlükəli toksik maddələrlə zəngin gənəgərçək yağı olub.

Veteran bu bağlamanı iki həftə əvvəl poçt vasitəsilə yollayıb. O, bu qayda ilə ABŞ Prezidenti Donald Trampa, Pentaqonun keçmiş rəhbəri Ceyms Mettisə, Böyük Britaniya kraliçası II Yelizavetaya və ABŞ baş prokuroru Ceff Seşnsə də bağlama göndərib.

Keçmiş hərbçinin bu adımı anlaşılmaz olaraq qalır.

ABŞ Federal Təhqiqatlar Bürosu həmin adamı həbs edib. Məlum olub ki, o bu maddənin zəhərli olması barədə məlumatlıdır.

Veterana artıq 5 maddə üzrə ittiham irəli sürülüb. Günahı sübut olunacağı təqdirdə o, azı 10 il müddətinə həbs olunacaq.
Xəbər Lenti Giriş Populyar Reklam