Qardabani müəllimləri etiraz aksiyası keçirib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Qardabani müəllimləri etiraz aksiyası keçirib

Qardabani müəllimləri etiraz aksiyası keçirib

Müəllif: Anar
//
12 Aralık 2012
//
//

OXUNUB:213
APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Qardabani və ətraf kəndlərə sərnişin daşıyan avtobuslardan müəllimlərin istifadə edilməsinin ləğv olunmasına etiraz ediblər. Etirazçıların sözlərinə görə, icra hakimiyyətində onlara bildirilib ki, dekabrın 12-dən 2013-cü ilin əvvəlinədək müəllimlərin istifadə etdiyi avtobuslar pullu olacaq. Müəllimlər deyirlər ki, iki həftə üçün avtobuslara 640 lari məbləğində yanacaq lazımdır. “Bu məbləğ büdcəyə görə, çox az məbləğdir. Ona görə də bu məbləğ çətinlik yarada bilməz.”
Qardabani müəllimləri etiraz aksiyası keçirib

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Savalan Mirzəyev APA-ya açıqlamasında müəllimlərin bir qrupunun Qardabani rayon bələdiyyə sədri Giorgi Xurtsilava və Qardabanidən seçilən parlamentin majoritar deputatı Giorgi Peikrişvili tərəfindən qəbul edildiyini və onların ərizəsinə müsbət cavab verildiyini bildirib: “Mən etiraz aksiya iştirakçılarının tələbləri ilə tanış oldum. Rayon bələdiyyəsindən mənə xəbər verdilər ki, dekabrın 12-dən Qardabanidə və ətraf kəndlərdə yaşayan, çalışan gürcü və azərbaycanlı müəllimlər avtobuslardan pulsuz istifadə edəcəklər”.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam