Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

Müəllif: Gulnare
//
28 dekabr 2018
//
//

Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür
Düz 82 il öncə, 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində Zeynəb adlı bir qız doğuldu. Heç kim düşünməzdi ki, Dağlı məhəlləsində böyüyən, hər gün evin damına çıxıb mahnılar söyləyən bu qız böyüyüb Azərbaycanın səsini dünyanın hər yerinə çatdıracaq, Azərbaycan mədəniyyətində yeni iz buraxacaq, öz sənəti ilə yeni bir axının əsasını qoyacaq.

Oxu.Az xəbər verir ki, Zeynəb хanım orta təhsilini 161 saylı orta ümumtəhsil məktəbində alıb.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. O, hələ Sovet hakimiyyəti illərində dünyanın 60-dan çox ölkəsində qastrol səfərlərində olub, saatlarla canlı ifası ilə tamaşaçıları heyrətləndirməyi bacarıb.

Zeynəb xanım “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-ci ildən SSRİ Xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Xalq artisti 1985-ci ildən deputat mandatına sahibdir.

Zeynəb Xanlarovanın iki oğlu var. Həyat yoldaşı bir neçə il öncə vəfat edib.
Xəbər Lenti Giriş Populyar Reklam