Cebhe.info 3 yaşında :“Cümhuriyət” qəzetinin bərpasından da 3 il ötür » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cebhe.info 3 yaşında :“Cümhuriyət” qəzetinin bərpasından da 3 il ötür

Cebhe.info 3 yaşında :“Cümhuriyət” qəzetinin bərpasından da 3 il ötür

Müəllif: Gulnare
//
01 sentyabr 2018
//
//


Bu gün Cebhe.info xəbər portalının 3 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, eyni zamanda, “Cümhuriyət” qəzetinin bir neçə illik fasilədən sonra yenidən nəşrə başlamasından 3 il ötür. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.

Cebhe.info 3 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilib və öz oxucu auditoriyasını toplaya bilib. Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayıb, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır.

Rəfail Becanov və Cebhe.info xəbər portalında, “Cümhuriyət” qəzetində çalışan digər həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırırq.

Uğurlarınız bol olsun, əziz həmkarlar!
Xəbər Lenti Giriş Populyar Reklam