Sizin reklam burada
Sizin reklam burada

ÜST: “Azı 23 ölkədə “Omikron” ştammı aşkar edilib”

ÜST: “Azı 23 ölkədə “Omikron” ştammı aşkar edilib”



Bu günədək azı 23 ölkədə koronavirusun “Omikron” ştammı aşkar edilib.

Bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

O, bu rəqəmin artacağını bildirib.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat hadisələrin belə inkişafı “son dərəcə ciddi” qəbul edir və bütün ölkələr də vəziyyəti ciddiyə almalıdır.

“Yeni variantın ötürülməsi, xəstəliyin şiddəti, testlərin, müalicələrin və peyvəndlərin effektivliyi haqqında hələ öyrənilməli çox şey var”, - deyə Qebreyesus qeyd edib.

Mənbə: TASS

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ