Sizin reklam burada
Sizin reklam burada

Bakıda universitetin qarşısında kütləvi dava olub: İki nəfər bıçaqlanıb

Bakıda universitetin qarşısında kütləvi dava olub: İki nəfər bıçaqlanıb



Bakıda kütləvi dava olub.

Trend-in məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ