Sizin reklam burada
Sizin reklam burada

Yevlaxda dəyirmanda yanğın olub

Yevlaxda dəyirmanda yanğın olub


Yevlax şəhərində dəyirmanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb.

Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ