Sizin reklam burada
Sizin reklam burada

Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı



Bakıdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Bildirilib ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ