Sizin reklam burada
Sizin reklam burada

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”



“Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalının “Kreml. Putin. Moskva” verilişində yayımlanan müsahibəsində səsləndirib.

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu, Soçi görüşünün nəticələrini dəyərləndirən dövlətimizin başçısı deyib:

“Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ