Sizin reklam burada
Sizin reklam burada

“Qanlı göl”də vətəndaşlara qənim kəsilən dəstə ələ keçdi

“Qanlı göl”də vətəndaşlara qənim kəsilən dəstə ələ keçdi




Bakıda quldurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində üç nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması barədə məlumat daxil olub.

Əlavə olaraq, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində dörd nəfərin bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1 500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu, Bakı şəhər sakinləri A.Əzimovu və V.Nuriyevi döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, qolbaq, saat, mobil telefon, qulaqlıq və eynək almaları da müəyyən edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ