Sizin reklam burada
Sizin reklam burada

Rusiyada mədən partlayışında xəsarət alanların sayı artıb

Rusiyada mədən partlayışında xəsarət alanların sayı artıb




Kuzbassdakı “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Hazırda onlardan 64-ü xəstəxanadadır.

Bu barədə Kemerovo vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 28-i yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 09:00) olan məlumata görə, bölgədəki xəstəxanalarda 64 nəfərin müalicəsi davam etdirilir. 12 nəfər isə ev şəraitində həkimlərin müşahidəsi altındadır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, zərərçəkənlərdən 4-nün vəziyyətinin ağır, 14 nəfərin orta ağır, 46 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Xatırladaq ki, noyabrın 25-də “Listvyajnaya” mədənində qəza baş verib. Mədəndə 285 nəfər olub. Onlardan 52-sinin həlak olduğu bildirilib.

Mənbə: TASS

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ