Sizin reklam burada
Sizin reklam burada

Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı

Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı



Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ