Sizin reklam burada
Sizin reklam burada

Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb

Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb




Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəmnində kənd sakini, 33 yaşlı Əsgərov Səbahil İsgəndər oğlu həmkəndlisi tərəfindən dörd bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisəni törədən kənd sakini isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ