Sizin reklam burada
Sizin reklam burada

Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq

Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq


Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət dumasına seçkilərdə protokolların 70,67 %-nin sayıldığını açıqlayıb.

Sözügedən nəticələrə əsasən “Vahid Rusiya” Partiyası səslərin 48,46 %-ni toplayıb. Rusiya Federasiyası Kommunist Partiyası 20,30%, Rusiya Liberal Demokrat Partiyası 7,69%, “Ədalətli Rusiya” Partiyası 7,43%, “Yeni İnsanlar” Partiyası isə 5,55% səs toplamağı bacarıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 70,67 faizinin sayılmasına əsasən verdiyi məlumata uyğun olaraq beş partiyanın müvafiq baryeri keçdiyi və Dövlət Dumasında təmsil olunmaq hüququ əldə etdiyi qeyd olunur. Buna qədər isə “Yeni İnsanlar” Partiyasının beş faizlik həddi keçmədiyi bildirilirdi.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər sentyabrın 19-u yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə “Vahid Rusiya” Partiyası lider olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ