Sizin reklam burada
Sizin reklam burada

Bakıda avtomobil 42 yaşlı qadını vurdu

Bakıda avtomobil 42 yaşlı qadını vurdu



Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Qarayeva Vəfa İsmayıl qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz, baş və bədənin digər nahiyələrinin çoxsaylı yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş