Sizin reklam burada
Sizin reklam burada

ABŞ yoxsul ölkələr üçün 500 milyon doza vaksin alacaq

ABŞ yoxsul ölkələr üçün 500 milyon doza vaksin alacaq



ABŞ hökuməti yoxsul ölkələrə paylamaq məqsədilə koronavirusa qarşı vaksin alacaq.

Hazırda müvafiq məsələ ilə bağlı “Pfizer” şirkətilə danışıqlar aparılır.

Aşağı gəlirli ölkələrə yardım etmək üçün 500 milyon doza peyvəndin alınacağı bildirilir.

Tərəflər arasında razılaşmanın yaxın günlərdə əldə olunacağı və bu barədə sentyabrın 22-dəki COVID sammiti öncəsi rəsmi məlumat veriləcəyi qeyd edilir.

Mənbə: “Bloomberg”

  • Sosial şəbəkədə paylaş